Futbol tarixinin ən bahalı müdafiəçisi oldu

İngiltərənin “Mançester Siti” klubunun yeni transferi Yoşko Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olub.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Almaniya “Leyptsiq”ini “şəhərlilər”ə dəyişib.

21 yaşlı mərkəz müdafiəçisinin keçidi Premyer Liqa təmsilçisinə 90 milyon avroya başa gəlib. Razılığa əsasən, komandalar arasında yoxlama görüşü keçiriləcək və bunun sayəsində “Leyptsiq” daha 1,5 milyon avro qazana biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı