Bakıda yeni fırıldaq: Qapıları döyüb pul təklif edir - FOTO

Bakıda yeni fırıldaq növü peyda olub.

Metbuat.az xəbər verir ki, vətəndaşlar “Facebook” sosial şəbəkəsindəki qrupların birində məsələ ilə bağlı paylaşım ediblər.

Bildirilib ki, Yasamal rayonu ərazisində 30-35 yaşlı kişi ev-ev gəzərək insanlara 150 manat pul paylayır və bunu guya xeyriyyəçilik məqsədilə etdiyini deyir. O, vətəndaşlara 200 manatlıq saxta əsginas verir, əvəzində isə onlardan pulun qalığı kimi 50 manat alır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Media.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar artıq idarənin müvafiq şöbəsi tərəfindən yoxlanılır.

İstintaqla bağlı daha sonra məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı