Lavrov Bayramov və Mirzoyana görüşdə bunu təklif edib - AÇIQLAMA

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O qeyd edib ki, hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

O, düşmənlərinin nə deməsindən asılı olmayaraq, regionda davamlı sülh və sabitliyin təmin olunmasında Rusiyanın maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları iyulun 25-də Moskvada bir araya gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı