Saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanıldı - FOTO

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı altında vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı