Daha bir ölkə Ukraya müharibəsinə qoşulur - İDDİA

Rusiya “Vaqner” vasitəsilə Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib. İddialara görə, Belarusun strateji obyekti olan Mozır neft emalı zavodunda təxribat təşkil ediləcək. Ardınca Rusiya bu təxribatın Ukrayna tərəfindən təşkil edildiyini irəli sürərək, Belarusu müharibəyə cəlb edəcək.

Qeyd edək ki, “Vaqner”in Rusiya hökumətinə qarşı üsyanı Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəsilə həllini tapıb. Ardınca muzdlular Belarusa yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı