“Mançester Yunayted” məşhur futbolçunu transfer etdi - FOTO

İngiltərə Premyer Liqasının favoriti “Mançester Yunayted” “Atalanta”dan danimarkalı hücumçu Rasmus Hoylundu transfer edib.

Metbuat.az xəbər verir ki, klubun yaydığı məlumata görə, 6 dəfə Danimarka millisində çıxış edən 20 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

İngilis mətbuatı Hoylundun transfer qiymətinin 72 milyon funt sterlinq olduğunu iddia edib.

Peşəkar karyerasına böyüdüyü Kopenhagendə başlayan Hoylund 2022-ci ilin yanvarında “Şturm Qraz”da, elə həmin ilin yay transfer pəncərəsində isə “Atalanta”da oynayıb.

İtaliyanın birinci liqasında (A seriyası) “Atalanta”nın heyətində 34 oyun keçirən Hoylund 10 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı