Astarada sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT

Astarada baş verən bıçaqlanma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, zərərçəkən Z.Hüseynli və E.Şahbazov eyni sinifdə oxuyublar.

Onlar gecə saatlarında Astara rayonunun Pensər kəndində, çayxanaların birində oturublar. Bir müddət sonra sinif yoldaşları arasında münaqişə yaranıb. Bu zaman E.Şahbazov üzərində gəzdirdiyi bıçaqla Z.Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Z.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Hazırda həkimlər Z.Hüseynlinin vəziyyətini orta-ağır qiymətləndirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı