Rusiya tanınmış jurnalisti axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) tanınmış ukraynalı jurnalist Yanina Sokolovanı axtarışa verib.

Metbuat.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

"Sokolova Yanina Mixaylovna Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib. Bu ilin mart ayında jurnalist Rusiya Federasiyasının Federal Maliyyə Monitorinqi Xidməti tərəfindən “terrorçular” və “ekstremistlər” siyahısına salınıb. Sokolova Ukraynanın NTA telekanalının yayımı zamanı rusların milli zəmində öldürülməsi zərurətinə diqqət yetirməkdə ittiham olunur",- rəsmi açıqlamada deyilir.

Onun hansı maddə ilə axtarışa verilməsi açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı