"Barselona" "Real"dan Ardanın qisasını belə alır - FOTO

“Barselona” Ousmane Dembelenin də klubdan transfer olacağını nəzərə alaraq, “Selta”nın futbolçusu Qabriel Veyqa üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Barselona” “Real Madrid”in də istədiyi futbolçu üçün danışıqlar aparır. Xarici KİV-lər yazır ki, Arda Güləri razı salmaq üzrəykən, son anda “Real Madrid”in müdaxiləsi ilə bu transferi reallaşdıra bilməyən “Barselona”nın idman direktoru Deko qisas axtarır. “Selta Viqo”da çıxış edən futbolçu ötən mövsüm uğurlu çıxış edib. 21 yaşlı futbolçu çox yönlü hücumameyilli yarımmüdafiəçidir. Futbolçu ötən mövsümü 11 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.

Bildirilir ki, “Real Madrid” yarımmüdafiədə rəqabət olduğundan Qabriel Veyqanı indi kluba cəlb etmək istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR