Laçında itkin düşmüş şəhid - Prokurorluq təkzib etdi

Doğru məlumat deyil.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluq bunu yerli mediada Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədinin tapılması ilə bağlı dərc etdiyi məlumatla bağlı bildirib.

"Tamamilə əsassizdir", - deyə Baş Prokurorluq sorğuya cavabında qeyd edib.

Qeyd edək ki, yerli media orqanlarında yayılan məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb. Məlumatda o da qeyd olunurdu ki, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı