Mbappenin əvəzləyicisini tapdılar - 200 milyonluq transfer

"Napoli"nin futbolçusu Viktor Osimhen astronomik məbləğ qarşılığında komandadan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, "Əl-Hilal" hücumçunu transfer etmək üçün yeni təklif irəli sürüb. "La Gazzetta dello Sport"un məlumatına görə, Kilian Mbappe “Əl-Hilal”ın təklini rədd edəndən sonra klub, “Napoli”nin hücumçusunu transfer etməyə çalışır. Viktor Osimhen üçün 200 milyon avro təklif edilib. “Napoli” rəhbərliyi də hücumçu ilə yeni müqavilə imzalamaq istəyir. Lakin “Napoli” rəhbərliyi yüksək təklif olacağı təqdirdə hücumçunu satacağını açıqlamışdı.

Qeyd edək ki, ötən mövsüm 24 yaşlı hücumçu “Napoli”də 38 matçda 31 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR