Avstriya şirkəti sənaye zonalarına investisiya yatırmağa dəvət edildi

Avstriyanın “Grabher Group GmbH” şirkətinin baş direktoru Günter Qrabherin rəhbərlik etdiyi nümayəndə heyəti ilə avqustun 7-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) görüş keçirilib.

Metbuat.az xəbər verir ki, İZİA-dan verilən məlumata görə, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüş çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən istehsal edilən polipropilendən istifadə etməklə sənaye zonalarında müxtəlif təyinatlı emal məhsullarının istehsalı müəssisəsinin yaradılması imkanları müzakirə edilib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı