Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqan rayonunun Bahar qəsəbəsində ümumi sahəsi 56 kvadratmetr olan, birmərtəbəli, üç otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR