Prezidentliyə namizəd olmuşdu - Küçədə öldürüldü / VİDEO

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio öldürülüb.

Metbuat.az xəbər verir ki, o, prezident seçkiləri ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib.

Siyasətçi paytaxt Kitoda keçirilən tədbirdən sonra şəxsi avtomobilində hücuma məruz qalıb. Məlumata görə, onun başına üç güllə dəyib.

Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-də keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR