Nigerdə ​​üsyançılar yeni hökuməti elan etdilər

Niger üsyançılarının lideri, Vətənin Xilası Milli Şurasının sədri Abdurahman Çiani yeni keçid hökumətinin yaradılması haqqında fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "ActuNiger" xəbər portalı məlumat yayıb.

Yeni hökümətin tərkibində 21 nazir kabinetə daxil olub. Eyni zamanda, təqdim olunan siyahıya əsasən, yalnız bir neçə nəfərin hərbi rütbəsi var.

Məlumat üçün bildirək ki, Nigerdə üsyan iyulun 26-da başlayıb. Üsyana başlayan hərbçilər ölkədə komendant saatı tətbiq edib, partiyalara hər hansı siyasi fəaliyyət göstərməyi qadağan ediblər. İyulun 28-də isə general Abdurahman Çianini Nigerin yeni lideri elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı