Naxçıvanda iki ayda 26 nəfəri əqrəb sancıb

Naxçıvanda günvurma və həşərat sancması ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyun ayından bu günədək muxtar respublikada günvurma ilə bağlı Təcili Tibbi Yardım Mərkəzinə 3 müraciət daxil olub.

Həmçinin 26 əqrəb sancması, 11 arı sancmasından ağırlaşma, 2 dəqiqləşdirilməmiş həşərat sancması ilə bağlı müraciət edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı