Məşqdə azyaşlını öldürən idmançı ilə bağlı YENİ QƏRAR

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsində yeni ittiham irəli sürülüb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ittiham olunur.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmə iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR