"Real Madrid"dən Arda Gülerlə bağlı vacib AÇIQLAMA

İspaniya Birinci Futbol Liqası (La Liqa) komandalarından olan “Real Madrid” yeni transferlərindən olan türkiyəli futbolçu Arda Güler əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Açıqlamada Ardanın sağ dizindən artroskopik əməliyyat olunduğu və 18 yaşlı futbolçunun tezliklə sağalma proqramına başlayacağı bildirilib.

Xatırladaq ki, futbolçu iyulun 21-də “Real Madrid”in məşqində sağ dizin daxili menisküsündən zədələnib.

Qeyd edək ki, A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR