“Rusiya bu addımı atsa, sülhməramlılar vaxtından əvvəl gedəcək” - Hərbi ekspert

“Əgər ABŞ və ya Rusiya BMT-də Ermənistanı Qarabağ ərazisində yaranmış vəziyyətlə əlaqədar dəstəkləməyə cəhd edərsə, o zaman hər iki danışıq platforması Azərbaycan üçün qapanmış olacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert hesab edir ki, bu qərar Azərbaycanın öz ərazilərindən Rusiya kontingentini vaxtından əvvəl çıxarmasına səbəb ola bilər:

“BMT Təhlükəsizlik Şurasında Azərbaycanın İngiltərə kimi çox yaxın tərəfdaşı var. Digər tərəfdən isə Qoşulmama Hərəkatından olan qeyri-daimi üzvlərin də Azərbaycana dəstək verəcəyi real görünür. Hesab edirəm ki, Ermənistanın Təhlükəsizlik Şurasının iclasında öz məqsədlərinə xidmət edən hansısa bir qərar qəbul ediləcəyi ehtimalı çox kiçikdir. Xatırladım ki, Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması barədə dörd qərarı 30 il əvvəl qəbul edən BMT bu qərarın icra edilməsi üçün nə Ermənistana, nə də Azərbaycan ərazilərindəki separatçı quruma qarşı heç bir sanksiya qəbul edilməsinə nail ola bilmədi. Belə olan halda, Ermənistanın 30 il saymadığı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi tamamilə riyakarlıqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı