Azərbaycanın idxal etdiyi buğdanın qiyməti azalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 164 milyon 684 min dollar dəyərində 578 min ton buğda idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 34.5% və ya 148.2 min ton, məbləğ baxımından isə 6.5% və ya 10 milyon dollar çoxdur.

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 154 milyon 660 min dollar dəyərində 429 min 806 ton buğda idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 20.8% və ya 74.9 dollar azalaraq 284.9 dollara (484.33 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 359.8 dollar (611.7 manat) təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 7 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.72%-nə bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR