Neymarın imza atdığı müqavilənin detalları heyrətə gətirdi

“Əl-Hilal” PSJ-nin futbolçusu Neymarı transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, ki, “Əl-Hilal”ın Neymarla razılığa gəldiyi müqavilənin detalları məlum olub. Məlumata görə, “Əl-Hilal”la 2 illik müqavilə imzalayacaq Neymar ümumilikdə 240 milyon avro maaş alacaq. Dünya şöhrətli futbolçuya şəxsi təyyarə, dəbdəbəli malikanə, Səudiyyə Ərəbistanını tanıdan hər paylaşımına və qalibiyyətə görə əlavə ödəniş ediləcək. “Əl-Hilal” Neymar üçün PSJ-yə 90 milyon ödəyəcək.

“Foot Mercato” Neymara təklif olunan müqavilədəki maddələri təqdim edib:

2 illik müqavilə

İllik ödəniş 120 milyon avro

Neymara şəxsi təyyarə ayrılıb

Lüks malikanə

80 min avro uduş bonusu

Səudiyyə Ərəbistanını tanıdan hər hekayə və post üçün 500 min avro


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR