Dərman qiymətlərinin yuxarı həddini Tarif Şurası müəyyənləşdirəcək

Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən ““Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı