Azərbaycan - İordaniya matçı bu tarixdə baş tutacaq

Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunu çərçivəsində İordaniya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı məlum olub.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç sentyabrın 12-də, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşü “Dalğa Arena”da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR