Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib, qonşusu təslim olub

Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Metbuat.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı