Tanınmış vəkil Mehman Muradlı ötən gün ağır qəzaya düşən tanınmış bloger Nicat Şakirli barədə paylaşım edib. Onun bu paylaşımı birmənalı qarşılanmayıb.
Metbuat.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan hüquqşünas insanların blogerin müdafiəsinə qalxmasına etiraz edib:
"Niko balamız "Prius"la hadisəni törətsəydi, hamınız onu "şoşkalayardınız". Amma yox, axı o hadisəni "Porsche"də törədib, ona görə də müdafiə etməlisiniz. Yazmalısınız ki, bəs ona göz dəydi. "Porche"yə gözmuncuğu assaydı, hadisə də baş verməzdi".
Bəzi sosial şəbəkə istifadəçiləri onu bu sözlərinə görə tənqid atəşinə tutub.