Daha 18 ailə Laçında öz evinin açarını təhvil aldı

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır. Azad Laçın bu gün daha 18 ailəyə qucaq açıb. Laçına çatan növbəti ailələr də öz evinin açarlarını sevinc hissləri ilə təhvil alıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim edilib. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı