“Qalatasaray” və “Beşiktaş”ın gündəmində olduğu iddia edilən Serxio Ramosa Meksikadan sürpriz təklif gəlib.
Metbuat.az xəbər verir ki, Meksikanın “CF America” komandası Ramosu transfer etməyə cəhd edib. “Marca” qəzetinin iddiasına görə, Ramos klub qarşısında yüksək tələblər irəli sürüb. 37 yaşlı müdafiəçinin 7 milyon avro xalis maaş tələb etdiyi və bu rəqəmin vergilərlə birgə 10 milyon avroya çatdığı bildirilib. Sergio Ramos Meksikanın lüks ərazisində dəbdəbəli malikanə və lüks avtomobil istədiyi iddia edilir. Ulduz futbolçunun bu tələblərini yüksək görən “CF America” klubu Ramosu transfer etməkdən imtina edib.
Qeyd edək ki, Serxio Ramosun Səudiyyə Ərəbistanından istədiyi təklifi almayacağı təqdirdə, “Beşiktaş” razılıq verəcəyi iddia edilir.