Şenol Günəş "Neftçi” matçı öncəsi iddiaları təkzib etdi

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Neftçi” matçı öncəsi mətbuat konfransında transferlərdən danışıb.

Metbuat.az xəbər verir ki, Şenol Günəş Taliskanın “Beşiktaş”a transfer olacağı barədə iddiaları rədd edib. O bildirib ki, Taliskanın transfer edilməsi mümkün deyil. Taliska Serxio Ramosun “Beşiktaş”a mümkün transferinə də münasibət bildirib.

“Ramosdan xəbərim yoxdur. Qəzetlər hər zaman yazır. Bildiyimə görə, ABŞ-a sonra Ərəbistana sonra Türkiyəyə gedəcəyini deyirlər. Son statusunu bilmirəm. O, özünü sübut etmiş oyunçu. Pepe bizə əvvəl gəlmişdi. Uzun illər futbol oynadı. Heç nə deməyim düzgün deyil. Gündəmdə olmadığı üçün heç nə deyə bilmərəm” - Şenol Günəş deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR