Həyat yoldaşını bıçaqlayaraq öldürdü, sonra təslim oldu - TƏFƏRRÜAT

Qadın bıçaqla qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, hadisə Salyan şəhərində yerləşən dönərxanaların birinin qarşısında baş verib. 25 yaşlı Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qonşular iddia edir ki, qadın ərindən boşanmaq istəyirmiş. Məsələ də bu səbəbdən böyüyüb.

Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, ailənin iki övladı var.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı