“Əl Hilal” "Sevilya"nın qapıçısı Bononu transfer edib.
Metbuat.az xəbər verir ki, klub bununla bağlı təqdimat videosu yayımlayıb. Səudiyyə Ərəbistanı klubu təcrübəli qapıçı üçün "Sevilya"ya bonuslarla birlikdə 21 milyon avro ödəyəcək. Qeyd edək ki, bundan əvvəl “Əl Hilal” Koulibalı, Neymar, Milinkovic-Saviç, Neves və Malkomu heyətinə qatıb.