BMT Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplaşıb.
Metbuat.az xəbər verir ki, BMT-nin tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu iclasda çıxış edib. İzumi Nakamitsu üzv dövlətləri regionda sülhün bərqərar olması üçün səy göstərməyə çağırıb. İzumi Nakamitsu Ukrayna-Rusiya müharibəsi zamanı Ukraynada dinc əhaliyə edilən hücumları pisləyib. Mülki əhali və mülki strukturları hədəf alan hücumların beynəlxalq hüquqla qadağan edildiyini xatırladan Nakamitsu, Rusiyanın beynəlxalq hüququ pozduğunu qeyd edib.
"Bütün üzv dövlətləri sülh üçün səy göstərməyə dəvət edirəm. BMT, BMT Nizamnaməsi, beynəlxalq hüquq və BMT Baş Assambleyasının müvafiq qətnamələri çərçivəsində,Ukraynaya ədalətli və davamlı sülh gətirmək üçün Beynəlxalq hüquq çərçivəsində atılan addımları dəstəkləməyə hazırdır” - İzumi Nakamitsu deyib.