Nəşi 30 ildən sonra Xocavənddə tapıldı - FOTO

1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.

O bildirib ki, əmisi 1993-cü ildə itkin düşüb. Bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb: "30 il sənin şad xəbərini gözlədik. Uğrunda şəhid olduğun Vətənimiz işğaldan azad edildi. Bir ümid dedik, amma olmadı. Məcburuq buna da şükür deyək. Ruhun Qarabağımızda dolaşırdı, artıq nəşin də müqəddəs torpağa qovuşacaq".

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısını açıqlayıb.

Bir 7 nəfər və bunu deyən yazı "Xocavand rayonunun Edill kandi erazisindaki kutlavi mazarlıqlarda olan meyitlardan 3 nafarin şaxsiyyatlari şaxsiy muayan edilmişdir (2022-c ilin fevral-oktyabr) The identities people from the mass graves on the territory of Edilli village of Khojavand region were verified (February October 2022) Ozizov Yusif ismayıl oğlu Hüseynov eli Heyder oğlu Mammadov asad Alammed oğlu" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı