Braziliyalı futbolçu “Qarabağ”da - FOTO

Avropa Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” yeni futbolçu ilə güclənib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, "Köhlən atlar” növbəti dəfə Bolqarıstan bazarına üz tutub. Qurban Qurbanov çək-çevir etdikdən sonra tam adı Matues de Barros da Silvanın keçidinə razılıq verib.

Sağ cinah müdafiəçisi olan 25 yaşlı futbolçu “Qarabağ”la bütün detallarda razılaşıb. Ağdam təmsilçisi ən qısa zamanda transfer haqda məlumat yayacaq.

2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı oyunçu vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR