Çalhanoğluya bu klubdan gözlənilməz təklif

İtaliya nəhəngi "İnter"də çıxış Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu ilə bağlı sürpriz transfer iddiası səsləndirilib.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçuya təklif göndərdiyi iddia edilib. “L'Equipe” qəzetinin məlumatına görə, Türkiyə millisinin digər üzvü Merih Demiralın trasferindən sonra “Əl-Əhli” Hakan Çalhanoğlu üçün fantastik təklif irəli sürüb. “Əl-Əhli” klubunun rəhbərliyi Merih Demiralın Hakan Çalhanoğlunun transferində aktiv rol oynayacağını hesab edir. Təklifin maddi detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”də 95 oyun keçirib və 12 dəfə fərqlənib, 21 dəfə qol ötürməsi edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR