Terror hücumuna məruz qalaraq yaralanan Fazil Mustafa əlillik dərəcəsi almaq üçün müraciət etdiyini bildirib.
Metuat.az xəbər verir ki, deputat bu barədə TV Müsavata danışıb.
Fazil Mustafa qeyd edib ki, hələ müraciəti barədə bir yenilik yoxdur: "Müraciət etmişəm. Mənim özümdən çox bu proses üçün vacibdir".
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.