Məktəb ləvazimatları bazarında son durum - QİYMƏTLƏR

Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. 2023-2024 tədris ilində məktəblərdə yeni vahid forma təşkil ediləcək. Məlumat üçün bildirək ki, həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır.

Metbuat.az bir neçə ünvanda alıcı sıxlığı və məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıb. Satıcılar bildirir ki, məktəb ləvazimatlarının qiymətlərində elə bir ciddi dəyişiklik yoxdur. Lakin hələ də bazarda alıcı sıxlığı müşahidə edilmir.

Qiymətlərə gəlincə, hazırda məktəbli çantalarının qiyməti ölçüsündən asılı olaraq 25 manatdan başlayır. 30, 40, 50 manata çantalar satışada var. Bundan başqa, nisbətən böyük və rahat daşınması üçün təkərli çantalar isə 140-150 manatdan başlayır.

Şagirdlərin yemək daşıması üçün termoslar 4 manatdan, yemək qabları isə 6 manatdan başlayır.

Dəftərlərin qiymətləri 0,20-1,60 manat arası dəyişir. Sadə qələmlər 0,07-1,60 manat, rəngli karandaşlar 2,50-13 manat aralığında dəyişir. Daha keyfiyyətli və böyük karandaşların son qiyməti isə 13 manatdır. Rəsmdə istifadə olunan rəngli flamasterlər 90 qəpikdən başlayır. Lövhədə yazı üçün istifadə olan marker isə 60-70 qəpikdir. Plastilinlərin qiyməti nisbətən balaca olanlar 1.10 manat, böyükləri isə 7.60 manatadəkdir.

Xətkeş dəstinin ilkin qiyməti 1.50 manatdan başlayır. Qayçıların ən ucuzu 60 qəpikdən başlayır. Kleylər 30, daha böyükləri isə 90 qəpikdir.

Həmçinin qələm qabları 2.50 manatdan başlayır, daha böyük ölçüdə olanlar isə 5 manatdır. Tək-tək satılan kitab üzləri 20-30 qəpik təşkil edir. Həmçinin satışda hər sinif üçün nəzərdə tutulan kitab üzlərinin ümumilikdə qiyməti 1.50 manatdır.

Bu qiymətlər hazırda bazarda müşahidə edilə edilən rəqəmlərdir. Satıcılar qeyd edir ki, bu il qiymətlərdə hər hansı ciddi artım gözlənilmir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı