"Əl-Hilal"a transfer olan Neymar heyətdən çıxarıldı

“Əl-Hilal” klubuna transfer olan Neymar iki-üç həftə debüt edə bilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur italyan insayder Fabrizio Romano açıqlama verib. Onun sözlərinə görə, Neymar zədələnib. Buna görə də, Neymar qarşıdakı 3-4 oyunda meydana çıxmayacaq.

Bununla belə Neymar Braziliya millisinin heyətinə çağrılıb. “Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus Neymarın zədəli olduğu halda millinin düşərgəsinə çağrılmasını tənqid edib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ərəb klubu ilə daha bir mövsüm uzadılmaq şərti ilə iki illik müqavilə imzalayıb. Neymar bu müddət ərzində təxminən 200 milyon avro qazana biləcək. PSJ-nin bonuslar da nəzərə alınmaqla, futbolçunun transferinə görə 120 milyon avroya qədər alacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı