Dünya ticarət böhranının astanasında - Qadağa tətbiq edildi

Atlantik Okeanı ilə Sakit Okeanı birləşdirən dünyanın ən mühüm kanallarından olan Panama kanalında gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub.

Metbuat.az xəbər verir ki, buna səbəb suyun səviyyəsinin aşağı düşməsi və quraqlıqdır. Quraqlıq səbəbindən gəmilərin keçidi məhdudlaşdırılıb. Gəmilərin buxtada gözləməsi qlobal ticarətə zərbə vura bilər. Panama Kanalı İdarəsindən bildirib ki, gün ərzində maksimum 32 gəminin keçməsinə icazə verilir. Məlumata görə, Atlantik okeanı ilə Sakit okeanı birləşdirən 80 kilometr uzunluğundakı su yoluna məhdudiyyətlər Mərkəzi Amerika regionunda yağıntının az olmasından sonra qoyulub. Rəsmilərin Röytersə məlumatına görə, kanalın yaxınlığında yüzlərlə gəmi dayanıb.

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət həyata keçirən iri şirkələr də Panama kanalından istifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı