Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəldi - FOTO

Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindirici xəbər var.

Metbuat.az xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidi Musa Bəhram oğlu Məhəmmədovun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər dünyaya gəlib.

Qeyd edək ki, Musa Məhəmmədov 2020-ci il oktyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənlə təmas xəttində hərbi əməliyyatlar zamanı şəhid olub.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR