“Qarabağ” Braziliyanın “Koritiba” klubunda forma geyinən Qabriel Boşilyanı transfer etmək istəyir.
Metbuat.az bildirir ki, Məşhur “Transfermarkt” portalı keçidin reallaşma ehtimalını 88 faiz qiymətləndirir.
Qeyd edək ki, 27 yaşlı Boşilya karyerası ərzində Fransanın “Monako”, “Nant” kimi klublarında çıxış edib. O, ötən il ölkəsinin “İnternasional” komandasından “Koritiba”ya keçib.
Boşilya Braziliyanın U-17 və U-20 millilərində forma geyinib. Hazırda onun dəyəri 1,70 milyon avrodur.