Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək, Putinlə görüşəcək - KİV

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək. Onun həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır”.

Metbuat.az xəbər verir ki, bu barədə “Yeni Şafak” Türkiyə Prezident Administrasiyasındakı mənbələrə əsasən bildirib.

Qeyd edilib ki, səfər xüsusilə “Taxıl sazişi”nin bərpası baxımından mühüm əhəmiyyət daşıyır: “Ərdoğanın səfəri “Taxıl sazişi”nin bərpası üçün ən mühüm addım olacaq”.

Bundan başqa, vurğulanıb ki, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç Ukraynaya gedəcək.

Qeyd edək ki, daha əvvəl Putinin avqustun sonunda Türkiyəyə gedəcəyi iddia edilirdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR