İngiltərənin "Mançester Yunayted" klubu "Fənərbağça"dan oyunçu transferinə hazırlaşır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, klub "Fənərbağça"nın qapıçısı Altay Bayındır üçün hərəkətə keçib. "Qırmızı şeytanlar"ın qapıçı üçün 6 milyon funt sterlinq ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Altay Bayındırın "Fənərbağça" ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.