Gecə baş verən zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı RTV-yə açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur. Bu baş verənlər təbii proseslərdir.

"Səhər baxacalar ki, hansı evlərdə çat və dağıntı var. Biz də elmi cəhətdən araşdırıb baxırıq ki, hansı tektonik qırılma var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı