Sən "Xəzər"i heyvanxanaya bənzədirsən? - Əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov “Təsir Dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, sənətçi qonaq olduğu “Gəl danış” proqramında "kürəkəni", türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb, aparıcı Lalə Azərtaşı tənqid edib:

"Kürəkənim idisə, onda sənəd göstərsin. "Təsir dairəsi" ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam (iş adamı Kemal Mustafa) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn, mən verilişdə filankəslə danışıram, həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən? Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyirsən mən hakiməm, Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı