Nicat Abasovun ikinci oyunu başa çatdı - Dünya Kuboku

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ikinci oyununda məğlub olub.

Məlumata görə, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya yenilib.

Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.

Qeyd edək ki, bu gün, həmçinin, finalın ikinci oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı