Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan şahmatçılar medalların taleyinə tay-brekdə aydınlıq gətirəcəklər.
Finalda norveçli Maqnus Karlsenlə hindistanlı Rameşbaba Praqnanandxa münasibətlərinə aydınlıq gətirəcəklər. Onların əvvəlki iki duelində heç-heçə qeydə alınıb.
Azərbaycan şahmatçısı Nicat Abasov isə bürünc medal uğrunda mübarizədə ABŞ təmsilçisi Fabiano Karuanayla qarşılaşacaq. Abasov ilk görüşdə Karuanaya qalib gəlsə də, ikinci oyunda rəqibinə uduzub.