Astarada 54 yaşlı kişi meşədə tanışını baltalayıb

Xəbər verildiyi kimi, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Astara rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

İstintaqla Astara rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu rayonun Şümrüd kəndində yerləşən meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı