Müharibə iştirakçılarının peşə ixtisasları üzrə biliklərinin artırılması layihəsinin icrasına başlanılıb

Avqustun 23-də Lənkəran Peşə Liseyində “Müharibə iştirakçılarının peşə ixtisasları üzrə biliklərinin artırılması” layihəsinin icrasına başlanılıb.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı və “İRƏLİ” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Gənclər Evi və Lənkəran Peşə Liseyinin tərəfdaşlığı ilə həyata keçirilir. Bildirilib ki, layihə çərçivəsində 30 nəfər Vətən müharibəsi iştirakçısı 4 gün müddətində təşəbbüskarlıq, özünüməşğulluq, haqqı ödənilən ictimai işlər, peşə hazırlığı, işsizlikdən sığorta və digər mövzular üzrə təlim proqramında iştirak edəcəklər.

Qeyd edək ki, layihənin növbəti mərhələlərində gənclər öz maraq və bacarıqlarına uyğun olaraq müxtəlif peşə ixtisasları üzrə mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak etməsi nəzərdə tutulur. Bu ixtisaslara qrafik dizayn, videoqrafiya, bərbər, kənd təsərrüfatı, mobil cihazların təmiri və digərləri aiddir.

“Müharibə iştirakçılarının peşə ixtisasları üzrə biliklərinin artırılması” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində iştirak etmiş gənclərin əmək bacarıqlarının inkişafına töhfə vermək, onların sosiallaşmasına dəstək verməklə şəbəkələşmələşməsini təmin etmək, eləcə də, qazilərin özünüməşğulluq proqramı çərçivəsində peşə ixtisaslarına yiyələnərək maddi qazanclarının təmin edilməsinə dəstək olmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı