Təyyarə qəzasında ölən siyasət adamları - SİYAHI

Xəbər verdiyimiz kimi, Yevgeni Priqojin təyyarə qəzası nəticəsində həyatını itirib. Bu, siyasi sferada baş verən ilk belə hal deyil. Təkcə 2000-ci ildən bəri bir neçə siyasət adamı bu cür qəzaların qurbanı olub.

Metbuat.az onlardan bəzilərini təqdim edir:

Lex Kaçinski - 2005-2010-cu illərdə Polşa prezidenti olan Kaçinski 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib. O, Azərbaycanda da rəsmi səfərdə olub.

Möhsün Yazıçıoğlu - "Böyük Birlik" partiyasının rəhbəri olan türk siyasətçi 25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişmişdir.

Con Qaranq - Sudanın prezident köməkçisi 2005-ci ildə helikopter qəzasında həyatını itirib.

Boris Trajkovski - O, 1999-2044-cü illərdə Makedoniya prezidenti olub. 2004-cü ildə Bosniya və Hersoqavinadan ölkəsinə qayıdarkən təyyarə qəzasında dünyasını dəyişib.

Rahman Dadman - İranın nəqliyyat naziri. O, 17 may 2001-ci ildə 2 nazir köməkçisi və 7 deputatla birgə təyyarə qəzasında ölüb.

Ron Broun - ABŞ Maliyyə naziri 1996-cı ildə Hindistanda təyyarə qəzasında həyatını itirib.

Yevgeni Priqojin - 2023-cü il 23 avqustda ona məxsus olan “Embrair” biznes-jet Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. O, təyyarədə olan digər 10 nəfərlə birgə vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı