47 yaşlı kişi istirahət mərkəzində QƏFİL ÖLDÜ

Mingəçevirdə istirahət mərkəzində ölüm hadisəsi olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin ərazisində yerləşən istirahət mərkəzində baş verib.

47 yaşlı Ağakişiyev Firayıl Vəkil oğlunun halı qəfil pisləşib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da yolda ölüb.

Qeyd edək ki, F. Ağakişiyev şəhid İlkin Ağakişiyevin əmisidir. Mərhum bir müddət əvvəl xəstəxanada əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı